Ölkə 13:40 22.01.2022

Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlandı

Bakıda 246 nəfər barəsində Amnistiya Aktı tətbiq edilib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.


Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?