Xəbər lenti

Bakıda ana uşağını dayəyə verib yoxa çıxdı (FOTO)
Ölkə 16:10 19.10.2021

Bakıda ana uşağını dayəyə verib yoxa çıxdı (FOTO)

Bakıda uşağını dayəyə verən ana 8 gündür yoxa çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Mehriban Zeynalovanın sözlərinə görə, anadan xəbər çıxmadığını görən dayə uşağı sığınacağa təhvil verib:

"Dayə bildirir ki, uşağın anası ona müvəqqəti baxmağını tapşırıb. 8 gündür ki, ananın nömrəsinə zəng çatmır. Hazırda uşaq sığınacaqdadır”.

Mehriban Zeynalova bildirib ki, baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bahar Rüstəmli
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->