Xəbər lenti

Bakıda avtobus zolağını ödənişli dayanacağa çevirdilər (VİDEO)
Ölkə 21:50 12.01.2018

Bakıda avtobus zolağını ödənişli dayanacağa çevirdilər (VİDEO)

Bakının mərkəzində ictimai nəqliyyat üçün nəzərdə tutulmuş xüsusi zolağı ödənişli avtomobil dayanacağına çeviriblər.

Qaynarinfo Xezerxeber.az-a istinadən məlumatına görə, ard-arda gələn sərnişin avtobusları onlar üçün ayrılan xüsusi zolaqda hərəkət edə bilmirlər.

Səbəb həmin zolaqda park edilən avtomobillərdir. Söhbət paytaxtın Füzuli küçəsindən gedir. Ötən il sözügedən küçədə ictimai nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün avtobus zolağı çəkilib. Təxminən bir neçə ay olar ki, həmin zolaqda Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları parkomat quraşdırraraq ödənişli dayanacaq yaradıblar.

Xüsusi zolaqda ''cib'' yaradılsa da ödənişli dayanacaqda duran avtomobillər avtobusların hərəkətinə mane olaraq tıxaca səbəb olurlar. Bəzi sürücülər isə avtomobili elə park ediblər ki, ümumiyyətlə avtobus zolağı tam bağlanıb. Yaranmış vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyatı idarə edən sürücülərdir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paytaxtın mərkəzində ictimai nəqliyyat üçün nəzərdə tutulmuş xüsusi zolağın ödənişli avtomobil dayanacağına çevrilməsini Bakı şəhərində yol hərəkəti sahəsində böyük səhv olduğunu deyir. Onun sözlərinə görə, avtobus zolağına ödənişli dayanacaq nişanının qoyulması qanuna ziddir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov ''Xəzər Xəbər''ə bildirdi ki, orda heç bir qanunsuzluq yoxdur. Bölmə rəisinin sözlərinə görə, həmin ərazidə avtomobillər düzgün park edilmədiyi üçün avtobus zolağı bağlanıb: ''Ərazidə avtomobillərin səkiyə paralel dayanması üçün nişan da qoyulub. Amma bir çox sürücü avtomobili dayanacaqda perpendikuliyar saxlayır. Bu da inzibati xətadır, cəriməsi isə 20 manatdır".

Vaqif Əsədov bu gündən etibarən həmin ərazidə yol polisi tərəfindən avtomobili səhv park edən sürücülərə qarşı reydlərin keçiriləcəyini bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->