Son günlərdə Bakı şəhərində keçirilən modellik yarışmaları və dizaynerlərin işlərini ictimaiyyətə çatdıran tədbirlərin sayı durmadan artmaqdadır.
Qaynarinfo xəbər verir ki, bu gün sizə təqdim edəcəyimiz tədbir isə digər tədbirlərdən seçilən tədbirdir. Belə ki, peşəkar xoreoqraf Rüstəm Hacıyevin təşkilatçılığı ilə keçirilən "Baku boutiques fashion day" sözün əsl mənasında ölkəyə səs salan bir tədbir olub.
4 iyun tarixində 500 qonaqla nəzərdə tutulan bu tədbir 700-dən çox insan kütləsinı qonaq kimi qəbul edərək ajiotaj yaradıb.
Tədbir 4 iyun tarixində Bakının ən gözəl məkanlarından birində Boulevard oteldə həyata keçirilib.
Tədbirdə tanınmış insanların iştirakı gecəni daha da maraqlı edib. Belə ki, məhşur simalardan instagram fenomeni stilist Samiraldo və dəbli geyimləri ilə seçilən müğənni Sevda Yahyeva fotoqraflara verdiyi maraqlı pozlarla yadda qalıb.
Lahiyənin rəhbəri Rüstəm Hacıyev bildirir ki, tədbirə çox böyük maraq var idi. Stilist-vizajist və müğənnilərdən başqa moda sənayesinin də ən məşhur simaları bu tədbirin izləyiciləri olub. Dəfilədə yer alan dizaynerlərin (Zs couture, Türkanturkel couture, Lora atelier, Nisaz Brides, Zümrüd Mirzəliyeva) yaz-yay kolleksiyaları təqdim olunub.
Kolleksiyaların içindən moda gününün izləyiciləri tərəfindən Zümrüd Mirzəliyevanın yeni kolleksiyası çox böyük maraq və gurultulu alqışlar ilə qarşılanıb.
Xatırladaq ki, tədbirin informasiya dəstəkçilərindən biri də Qaynarinfo saytıdır.
Şərhlər