Xəbər lenti

Bakıda daha bir 200 manatlıq əskinas saxtakarlığı ortaya çıxdı
Ölkə15:50 02.12.2019

Bakıda daha bir 200 manatlıq əskinas saxtakarlığı ortaya çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda ən böyük əskinas nominalı olan 200 manatlığın təzəlikcə dövriyəyə buraxılmasına baxmayaraq, dələduzlar artıq onu saxtalaşdırmağa cəhd ediblər. Bakının Binəqədi rayonunda saxta əskinasla bağlı ikinci hadisə qeydə alınıb.
Qaynarinfo oxu.az-a istinadla bildirir ki, Binəqədi rayonunun 4-cü Polis Bölməsinə 1993-cü il təvəllüdlü Əsəd Cəfərli müraciət edib.
Gəncin sözlərinə görə, o, Binəqədi şossesində mağazada satıcı işləyir. Ə.Cəfərli bildirib ki, naməlum alıcı onunla 200 manatlıq əskinas vasitəsilə hesablaşıb. 
Pulun saxta olduğunu satıcı sonradan, əskinasa diqqət edəndə anlayıb. Bu müddətdə həmin şəxs aradan çıxıb.
Faktla bağlı istintaqa başlanılıb. Əməliyyatçılar dələduzun kimliyini müəyyənləşdirməyə çalışırlar.