Sərnişinlər avtobusdan yarı yolda düşürülür. Səbəb isə sürücünün vəsiqəsi olmadığına görə yol polisindən çəkinməsidir. Paytaxt Bakıda hələdə sürücülük vəsiqəsi olmadan sərnişin daşıma ilə məşğul olan sürücüləri var.
Yolun yarısında saxlayan avtobus sürücüsü sərinişinləri mənzil başına çatdırmır.
Sərnişinlər isə sürücüdən son dayanacağa qədər aparmasını tələb edirlər. Görüntülər paytaxtda 185 nömrəli avtobusda lentə alınıb.
Sürücü sərnişinləri mənzil başına aparmamasını qəribə səbəblə izah edir.Qarşıda polis olduğunu və avobusu cərimə meydançasına aparacağından çəkindiyini deyir. Avtobusda yaşanan mübahisədən belə aydın olur ki,sürücünün sənədləri qaydasında deyil.
"Xəzər Xəbər” şikayətlə bağlı bizdə həmin marşrut xəttində fəaliyyət göstərən avtobuslarda olub. Sürücülərin bəziləri həqiqətən öz sənədləri ilə nəqliyyat vasitəsini idarə edir.
Lakin başqasının sürücülük vəsiqəsi ilə avtobus idarə edənlər da var. Özünə aid olmayan sürücülük vəsiqəsini təqdim etməkdən çəkinən bu sürücü kimi.
185 nömrəli xəttin dispetçeri Elşən Xəlilov isə deyilən fikirlərlərlə razılaşmır. O sürücünün dayanmasının səbəbini texniki nasazlıq olması ilə izah edir.
Elşən Xəlilov xətdəki avtobus sürücülərinin bəzilərinin vəsiqəsi olmaması fikri ilə isə razılaşmır. Onun sözlərinə görə ,sürücülük vəsiqəsiz heç kimi işə götürmürlər.
Qaynarinfo.Az
Mənbə: "Xəzər TV"
Şərhlər