Video 10:54 23.04.2021

Bakıda dəhşətli qəza: dövlət qurumunun əməkdaşı öldü (VİDEO)

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

Qaynarinfo xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi "Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünün yuyan AAYDA-nin əməkdaşı Nizami Məmmədovu vurub.

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan "İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb. 

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.(apa.az)