Sənət 14:58 15.04.2014

Bakıda Əli Şəriətinin kitabı çap olundu - FOTO

“Parlaq İmzalar” nəşriyyatı tərəfindən Dr. Əli Şəriətinin “Ey ata, ey ana, biz günahkarıq” kitabı nəşr edilib.

Nəşriyyatdan Qaynar.info-ya verilən məlumata əsasən, kitabda müəllif əvvəlcə özünəməxsus bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsili, onların ata-anasını ittiham edir. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşması kimi problemlər bütün gerçəkliyi ilə ortaya çıxır. 

Kitabın ikinci hissəsində isə Dr. Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur; islami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqlayaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur.

Kitab artıq şəhərin kitab mağazalarında satışdadır.

Qaynar.info