Xəbər lenti

Bakıda erməniyə aid şirkət mükafatlandırıldı
Ekonomiks 13:36 22.02.2020

Bakıda erməniyə aid şirkət mükafatlandırıldı

Bakıda KİA markalı avtomobil satış təmsilçilərinin mükafatlandırma mərasimi keçirilib.

Qaynarinfo "Baqramyan26" teleqram kanalına istinadən xəbər verir ki, mərasimdə "2019-cu ilin ən yaxşı KİA ehtiyat hissələri və aksesuarları satışı" nominasiyası üzrə mükafat "AUTORUS Butovo" adlı Rusiya dillerinə verilib.

Məlumata görə, sözügedən şirkətin sahibi erməni əsilli Karakenyan Valeriy Baqakoviçdir.

Maraqlısı budur ki, mükafat 20 fevralda təqdim olunub. Hansı ki, 1988-ci ilin bu günündə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Şurasının erməni təmsilçiləri Azərbaycandan ayrılıb Ermənistana birləşmək haqqında qərar qəbul edib.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->