Bakıda fantastik qiymətə yemək: 250 qramı 1500 manat (FOTO)

Bakıda fantastik qiymətə yemək: 250 qramı 1500 manat (FOTO)

Bakıdakı restoranlardan birində təklif olunan yeməklərin qiyməti "dodaq uçuqladır”.

Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, JW Marriott Hotel Absheron otelində yerləşən "OroNero Bar Ristorante”nin menyusunda hətta bir porsiyası 1500 manata olan yeməyə də rast gəlinir.

Qurmanlara təqdim edilən qara kürü, qaymaq və nehrə yağından ibarət CAVIALE-BAKU OSETRA CAVIAR yeməyini dadmaq istəyənlər nə az, nə çox düz 1520 manatlarından keçməlidirlər. Onu da bildirək ki, 1520 manata bu təamin cəmi 250 qramı verilir.

"OroNero Bar Ristorante” orijinal İtalyan mətbəxi nümunələri, müxtəlif kokteyl və şərab növləri təqdim edir.

Restorana yalnız əvvəlcədən rezervasiya etməklə getmək mümkündür.

XƏBƏRLƏR
BLOGLAR