Ölkə 12:15 13.07.2020

Bakıda həkim əməliyyat zamanı öldü

Bakıda həkim əməliyyat zamanı dünyasını dəyişib.

"Report”un xəbərinə görə, hadisə ötən gecə paytaxt xəstəxanalarının birində qeydə alınıb.

Belə ki, Ağstafa rayon poliklinikasının diş həkimi Mehdixan Xəkiyev ötən gün əməliyyat olunduğu xəstəxanada ölüb.

Məlumata görə, stomatoloq bir müddət qaraciyər çatışmazlığından əziyyət çəkirmiş.

Qeyd edək ki, M.Xəkiyev uzun müddətdir Ağstafa rayon poliklinikasında diş həkimi işləyirdi.