Video 21:47 21.06.2021

Bakıda yaşayış binasındakı yanğın söndürüldü (VİDEO/YENİLƏNİB)

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olub.

Qaynarinfo xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
 
****
 
Bakının Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, yanğın Əsəd Əhmədov küçəsi 41 ünvanında yerləşən hündürmərtəbəli binanın beşinci mərtəbəsində başlayıb.Belə ki, alov iki otaqlı evi əhatə edib. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır.

İlkin məlumata görə, yanğına səbəb mətbəxdə qaz balonunun partlaması olub.

Binada yaşayan 80 nəfər təxliyyə edilib. Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.