Bakıda iki məcburi köçkün naməlum şəraitdə bıçaqlanıb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 24-də saat 01.00 radələrində rayonun Şərifzadə küçəsi 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasında qeydə alınıb.
Həmin yataqxanada məskunlaşan Fizuli rayonundan olan məcburi köçkünlər - 1986-cı il təvəllüdlü Şahlar Vaqif oğlu Zeynalov və 1984-cü il təvəllüdlü Xəyyam Akif oğlu Əliyev naməlum şəraitdə bıçaqlanıblar.
Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info
Şərhlər