Siyasət 15:31 22.08.2013

“Bakıda iğtişaşlar hazırlanır” - İDDİA

EL Hərəkatının yaradıcılarından biri, hərəkatın rəhbəri Eldar Namazovun müavini Əflan İbrahimov bu dəqiqələrdə sensasion bəyanatla çıxış edib. 

İbrahimov EL-dən istefa verdiyini bəyan etməklə yanaşı Milli Şurada toplaşan qüvvələrin Bakıda qarışıqlıq və iğtişaşlar törətməyə hazırlaşdığını deyib.

İbrahimov bunları virtualaz.org-a açıqlamasında  bildirib: “Mən EL hərəkatının yaradıcılarından biriyəm. Amma indi görürəm ki, burada oyunlar gedir. Eldar Namazov Rüstəm İbrahimbəyovun göstərişi ilə EL-i yaratmaq üçün buraya göndərilmişdi. Mən özüm Rüstəm İbrahimbəyovla telefonla danışdım. O, mənə dedi ki, Bakıya bir daha gəlməyəcəyəm. Avqustun 21-də İbrahimbəyovun evində EL hərəkatının toplantısı oldu. Mən Namazova dedim ki, İbrahimbəyov gəlib Milli Şuraya rəhbərlik etməlidir, əks halda mən bu oyunda yoxam. Namazov da mənə dedi ki, Rüstəm İbrahimbəyov bir daha Bakıya gəlməyəcək. Mən də ona cavab verdim ki, əgər Rüstəm İbrahimbəyov Bakıya gəlməyəcəkdisə, xalqı niyə aldadırsınız, bu nə oyundur çıxarırısınız. Eldara dedim ki, mən öz bəyanatımla EL Hərəkatından çıxacam. Bəyanatla çıxış edəcəyəm ki, mən İlham Əliyevin namizədliyini dəstəkləyirəm və buna qüvvəm də var. Eldar Namazova dedim ki, siz burada oyun oynayırsınız. İlham Əliyevin alternativi yoxdur. Orada olanlardan heç kim mənə cavab vermədi. Namazov da başını aşağı saldı...”.

Qaynar.info