Foto 11:00 09.06.2019

Bakıda kafe yandı: xəsarət alan var (FOTOLAR)

Bakıda kafedə yanğın baş verib.

Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında, Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin qarşısındakı kafe yanıb. Əraziyə yanğınsöndürənlər və təcili yardım cəlb edilib. Hadisə zamanı 1 yanğınsöndürən zərər çəkib.

Yaralıya tibbi yardım göstərilib.