Bakıda kafedə qadınlar arasında dava düşüb.Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan yolu 13 ünvanında yerləşən “Şərur” kafesində qeydə alınıb. Həmin kafedə içkili vəziyyətdə olan qadın müştərilər arasında baş verən davada 1983-cü il təvəllüdlü Tünzalə Lətifova xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı T. Lətifovaya xəsarət yetirən şəxsin 1974-cü il təvəllüdlü Nərminə Əliyeva olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info
Şərhlər