Paytaxt xəstəxanalarının birində tək böyrəkli uşaq dünyaya gəlib.
Qaynarinfo xezxerxeber.az-a məlumatına görə, uşağın vəziyyətinin pisləşdiyini görən valideynləri dərhal həkimə müraciət etməli olublar. Bakıda yaşanan hadisə zamanı həkimlər uşağa təcili cərrahi müdaxilə etməli olublar.
Adətən belə uşaqların yaşama şansı az olmasına baxmayaraq, əməliyyat uğurla keçib və uşağın həyati təhlükəsi geridə qalıb. Uşaq uroloq cərrahı Fuad Hüseynov uşağın tək böyrəyinin də normal vəziyyətdə olmadığını deyib.
Fuad Hüseynov bildirib ki, uşağa zərər vermədən xüsusi üsulla böyrəyə müdaxilə edilib və bu orqanın normal vəziyyətdə təmin edilməsi üçün lazımi tibbi addımlar atılıb. Nəticədə uşağın vəziyyəti normallaşıb.
Həkimin sözlərinə görə, uşağın 1 yaşı tamam olana qədər heç bir problem olmayacaq. Ancaq 1 yaşında yenidən yoxlama aparılacaq. Ehtiyac olarsa, uşağın normal yaşamasını təmin etmək üçün böyrək köçürülməsinə qərar veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər