Yanvarın 24-nə keçən gecə Xəzər rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, 90-UE-005 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü Mərdəkan qəsəbəsi istiqamətində yüksək sürətlə hərəkət edən zaman qəzaya səbəb olub.
Beş avtomobillə toqquşan "Range Rover"in sürücüsü hadisə yerindəcə dünyasını dəyişib, toqquşduğu avtomobillər isə yararsız hala düşüb.
Dəhşətli qəzanı əks etdirən anbaan görüntüləri təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər