Xəbər lenti

Bakıda maşın yandı - Sürücü öldü
Ölkə 09:07 03.12.2025

Bakıda maşın yandı - Sürücü öldü

Bakıda avtomobil sürücüsü ilə birgə yanıb.

Bu barədə Qaynarinfo-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində "DONG FENG AEOLUS E 70” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Atomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
--> -->