Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.
Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
N.Paşayevin sözlərinə görə, hadisə bu gün saat 18:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib: "Məmmədova Sevinc Rafiq qızı "İnşaatçılar" stansiyasında Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub"
Qurum rəsmisi onu da qeyd edib ki, baş vermiş hadisə intihar deyil: "Həmin xanım səhhətində olan problemlə əlaqəli müvazinətini itirib və yıxılıb".
Şərhlər