Ekonomiks 10:03 21.01.2015

Bakıda milyonlara satılan mənzil - FOTOLAR

Bakıda bir mənzil 6 milyon manata satışa çıxarılıb. Musavat.com xəbər verir ki, bu barədə elan alqı-satqı saytlarından birində yerləşdirilib.  Mənzil paytaxtın Səbail rayonunda yerləşir.
 
7 otaqlı əla təmirli evin ümumi sahəsi 570 kv. m.-dir. Evdəki mebellərin hamısı italyan brendi olan “Françesko Milana”dandır. Mənzil yerləşdiyi mərtəbədə təkdir və qonşu yoxdur. 

Qaynar.info