Xəbər lenti

Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirildi
İdman 20:48 21.05.2025

Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirildi

Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digər rəsmi şəxslər iştirak ediblər..

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ardınca müxtəlif musiqi sədaları altında maraqlı şoular arenaya toplaşan tamaşaçıların zövqünə oxşayıb. Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye öz səhnə performansı ilə diqqət çəkib. Daha sonra Türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova öz nəğmələri ilə çıxış ediblər.

Qeyd edək ki, turnirdə artıq 5 oyun arxada qalıb. Fransa Çadı (1:0), Portuqaliya Bolqarıstanı (3:1), İngiltərə Ukraynanı (4:0), Slovakiya isə Hindistanı (15:0) məlub edib. Macarıstan - Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək. Mundiala iyunun 1-də yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->