Xəbər lenti

"Şahdağ Qusar" Azərbaycan çempionu oldu
İdman19:03 21.05.2025

"Şahdağ Qusar" Azərbaycan çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan II Liqasına yekun vurulub.
Qaynarinfo xəbər verir ki, XXVI turda səfərdə "Dinamo" ilə qolsuz heç-heçə edən "Şahdağ Qusar" komandası çempion adını qazanıb.
Elnur Abdullayevin baş məşqçi olduğu kollektiv xalını 72-yə çatdıraraq, yarışın qalibi olub.
Səfərdə "Qusar"a 9:0 hesabı ilə qalib gələn "Şəfa" komandası 71 xalla ikinci yeri tutub.
58 xala malik "Şimal" isə üçüncü yerlə kifayətlənib.
Hər üç komanda gələn mövsüm Azərbaycan I Liqasına vəsiqə qazanıb.