Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə görkəmli şair Mikayıl Müşfiqin abidəsinin və xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şairin yaxınları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
Şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şairin şeirlərindən parçalar söyləyib və mahnılar ifa ediblər.
Qeyd edək ki, abidənin müəllifi heykəltəraş Teymur Qəribovdur. ("Qafqazinfo”)
Şərhlər