Siyasət 16:25 26.05.2014

Bakıda nazirlərin və prezidentlərin sammiti baş tutdu

Bazar ertəsi Azərbaycan və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Rəşid Meredov Bakıda ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Qaynar info-nun Trende istinad etdiyi məlumata görə iki ölkənin XİN rəhbərləri təkbətək görüşdə Xəzərin hüquqi statusunun müəyyən edilməsi, regional əməkdaşlıq məsələlərinə toxunublar.

Meredovun iştirakı ilə XİN rəhbərlərinin görüşü Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü çərçivəsində baş tutub.

Görüşüdə XİN Rəhbərləri mətbuat üçün bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.

Qaynar.info