Bakı sakini üzləşdiyi xuliqanlıq hadisəsi ilə bağlı polisə müraciət edib.
Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Müslüm Səfərov 102-yə zəng edərək bildirib ki, qohumu, 1976-cı il təvəllüdlü Ulduz Səfərova mağazada onu döyüb. 40 yaşlı kişinin sözlərinə görə, hadisə N.Quliyev küçəsi 36 ünvanındakı marketdə baş verib və qadın tərəfindən döyülərək xəsarətlər alıb.
Müraciət əsasında araşdırma aparılır.
Şərhlər