Sevgililər günündə daha bir gənc oğlan Bakıda sevgilisinə evlilik təklifi edib.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, gənc oğlan ətrafdakılara fikir vermədən sevgilisinin qarşında diz çöküb. O, sevgilisinə sürpriz edərək üzük hədiyyə edib.
Ətrafda olan insanlar cütlüyün xöşbəxt anlarını kameraya çəkiblər.
Videoda görünür ki, qız oğlanın təklifini qəbul edib. Daha sonra onlar qucaqlaşıblar.
Şərhlər