Ekonomiks 10:47 27.06.2014

Bakıda salınacaq yeni şəhər haqqında maraqlı rəqəmlər


Mərkəzi biznes rayonu “Bakı Ağ Şəhər”in yüksək hissəsində yerləşərək, Bakı buxtasına panoram görünüşü olan on bir göydələn qrupunu əhatə edir.

Qaynar.info xəbər verir ki, “Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AzərTAc-a bildirilənə görə, bu işgüzar məkan layihəyə daxil olan bütün rayonlardan eyni məsafədə yerləşəcək. Burada, həmçinin yeni metro stansiyasının giriş-çıxışı olacaq.

Layihəyə əsasən 9,2 hektar ərazidə salınacaq mərkəzi biznes rayonunda ümumilikdə 390 min kvadratmetr tikinti işləri aparılacaq.

Bunun 237 min 900 kvadratmetri yaşayış, 85 min 800 kvadratmetri ofis, 66 min 300 kvadratmetri isə ticarət sahəsi kimi nəzərdə tutulur.

Rayon ərazisində 6 min avtomobil üçün dayanacaq yeri ayrılması da planlaşdırılıb.

Qaynar.info