Ölkə 17:20 11.06.2019

Bakıda sərnişin avtobusu evakuatorla toqquşdu: 4 qadın xəsarət alıb

Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib. 

104 saylı marşrut avtobusunun evakuatorla toqquşması nəticəsində 4 qadın xəsarət alıb.

Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. 

Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.