Bakının Yasamal rayonunda iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən atelyə yanıb.
Modern.az xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb. Yanğın baş verən ərazidə bir nəfərin meyidi aidiyyatı üzrə təhvil verilib. Yanğın nəticəsində həyatını itirən 67 yaşlı Mustafa Yusifov həmin atelyədə dərzi kimi çalışıb.
İlkin ehtimala görə yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Qaynarinfo.Az
Şərhlər