Bakıda sentyabr ayında təkrar mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 2,19 faiz, ötən illə müqayisədə isə 4,17 faiz ucuzlaşıb.
Bunu "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
O qeyd edib ki, ötən ay ərzində təkrar mənzil bazarında 1 kvadratmetrin orta qiyməti 1 610 manat təşkil edib.
Ötən ay orta hesabla ucuz mənzilin 1 kvadratmetrinin qiyməti 1 334 manat, baha mənzillərin isə 1 kvadratmetrinin qiyməti 3 040 manat təşkil edib.
N.İbrahimov bildirib ki, ucuzlaşmanın səbəbi struktur dəyişikliyidir, yəni ötən ay bazara ucuz evlər daxil olub.(Trend)
Şərhlər