Daxili İşlər Nazirliyi ilə Təhsil Nazirliyi balanslarında olan istifadəsiz avtomobilləri hərraca təqdim ediblər. Qaynarinfo xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 7 may tarixində həyata keçirəcəyi avtomobil hərracında sözügedən qurumların maşınları satılacaq.
Hərraca ümumilikdə 15 avtomobil təqdim edilib. Onlardan biri Təhsil Nazirliyinə, qalanları isə DİN-ə məxsusudur. Təhsil Nazirliyi hərraca 1990-cu ilin "MTZ-80” markalı avtomobilini təqdim edib. Avtomobilin ilkin start qiyməti 2000 manatdan başlayır.
DİN isə hərraca 5 ədəd UAZ, 4 ədəd "Fiat Doblo”, "Kamaz”, "Ural”, VAZ və "Zil” markalı avtomobillər təqdim edib. Avtomobillərin əksəriyyəti Daxili Qoşunlara məxsusdur.
Hərracın ən yüksək qiymətə təqdim edilən avtomobili də məhz Daxili Qoşunlara məxsus "Kamaz-4310” yük maşınıdır. Avtomobilin ilkin start qiyməti 7000 manatdan başlayır.
Şərhlər