Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə təqsirləndirilən Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Qaynarinfo" "Report"a istinadən verdiyi məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Əbdülxaliq" dini ləqəbli F.Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib. Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar.
Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı öldürülüb, F.Sadıqov isə sonradan həbs edilib.
Qaynarinfo.Az
Şərhlər