Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.
Səhiyyə Nazirliyindən Qaynarinfo-ya daxil olan məlumata görə, partlayışla əlaqədar Təcili Yardıma saat 10:14-də müraciət daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb.
Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllimi götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.
Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.
Şərhlər