Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Bakı şəhərində yerləşən 1 saylı notariat ofisinin xüsusi notariusu Famil Sabirova ağır itki üz verib.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Famil Sabitovun anası Ayna Sabitova vəfat edib.
Qeyd edək ki, A.Sabitovanın vəfatından 2 həftə əvvəl də oğlu Fazil Sabitov dünyasını dəyişib.
1 saylı notariat ofisi Bakı şəhərinin mərkəzində (Üzeyir Hacıbəyli küçəsində) fəaliyyət göstərən əsas kontorlardan biridir. Xüsusi notarius Famil Sabitov paytaxtın tanınmış notariuslarındandır.
Şərhlər