Ölkə 11:10 03.06.2020

Bakıda xəstəxanada dörd ayda 50 ölüm (RƏSMİ)

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) dörd ay ərzində 50 ölüm faktı qeydə alınıb. Son dövrlər ETACXİ-də ard-arda qeydə alınan ölüm faktlarının sayı artıb.

Qaynarinfo xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, institutda qeydə alınan ölüm faktlarının ümumi statistikası tutulur.

Statistik nəticələrə görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda fevral ayı ərzində doqquz, martda 15, apreldə 13, mayda 13 ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, ölən şəxslər arasında koronavirusa yoluxmuş xəstələrin olması da istisna edilmir.