Bu gün səhər saatlarında Bakıda yaşayış binasında yanğın olub.
Qaynarinfo-nun qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə səhər saat 11 radələrində Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 14 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasında baş verib.
Binanın 3-cü mərtəbəsində yaşayan 1956-cı il təvəllüdlü Hacıbəyova Rəna Osman qızına məxsus umumi sahəsi 170 kv. m. olan 4 otaqlı mənzildə qısa qapanma nəticəsində ev əşyaları, televizor və s. yanıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, müavinləri və digər qurumların məsul şəxsləri hadisə yerində olublar.
Yanğın söndürülüb, xəsarət alan yoxdur.
Şərhlər