Bakıda yeni tikilən binalarda ən ucuz və ən bahalı mənzillərin qiymətləri məlum olub.
Qaynarinfo Trend-ə istinadən bildirir ki, bu gün Bakı şəhəri ərazisində ölkənin tikinti şirkətlərinin təklif etdiyi 193 yaşayış kompleksində mənzil almaq olar.
2018-ci ilin sentyabr ayının nəticələrinə görə Bakı şəhərində yeni tikili binalarda kvadrat metrin orta qiyməti 1545 AZN təşkil edir.
Əgər yeni tikili binaların qiymətini rayonlar üzrə müqayisə etsək, ən bahalı rayon Səbail rayonudur ki, burada orta hesabla bir kvadrat metrin qiyməti 2950 AZN təşkil edir, yaşayış üçün ən ucuz sektor isə Abşeron rayonudur ki, burada da orta hesabla bir kvadrat metrin qiyməti 900 AZN təşkil edir.
Bakı şəhərinin rayonları üzrə mənzillərin orta qiyməti:
Səbail |
2950 AZN/m2 |
Nəsimi |
2050 AZN/m2 |
Xətai |
2030 AZN/m2 |
Nərimanov |
1900 AZN/m2 |
Yasamal |
1760 AZN/m2 |
Nizami
|
1420 AZN/m2
|
Binəqədi |
1380 AZN/m2 |
Sabunçu |
1300 AZN/m2 |
Qaradağ |
1180 AZN/m2 |
Xəzər |
1050 AZN/m2 |
Suraxanı |
980 AZN/m2 |
Abşeron |
900 AZN/m2
|
Əgər inşa edilmiş evlər və hələ də inşaatda olan mənzillərin dəyərini müqayisə etsək, hazır mənzillərin qiyməti daha yüksək olacaq.
Artıq təhvil verilmiş hazır yeni mənzildə kvadrat metrin qiyməti 1580 AZN təşkil edəcək. Bakının 2018-ci ildə, təhvil verilmiş, həmçinin bu ilin sonuna tikintisi başa çatmaqda olan yeni tikili binalarında orta qiymət 1430 AZN təşkil edir. İnşa olunan və 2019-cı ildə başa çatacaq yaşayış komplekslərində orta qiymət 1370 AZN-ə bərabərdir.
Qeyd edək ki, araşdırma "Flatfy" şirkəti tərəfindən aparılıb.
Şərhlər