Xəbər lenti

Bakıda yol polisindən A4 vərəqli xəbərdarlıq (FOTOLAR)
Foto 19:55 07.09.2018

Bakıda yol polisindən A4 vərəqli xəbərdarlıq (FOTOLAR)

Bakının Nərimanov rayonunda səki üzərində maşın saxlayan sürücülərə A4 vərəqində xəbərdarlıq olunub. 

"Qafqazinfo” xəbər verir ki, vərəqdə "Səkilərin üzərində avtomaşın saxlamayın! Dövlət Yol Polisi” sözləri yazılıb.

Məsələyə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi Vaqif Əsədov da münasibət bildirib. O, saytımıza açıqlamasında deyib ki, səkilərdə avtomobillərin park edilməsi inzibati məsuliyyət yaradır:

"Piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə avtomobil saxlayanlar İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimələnirlər. Piyada səkilərində birmənalı olaraq avtomobil saxlamaq olmaz. Bununla bağlı polis cərimə yazmasa belə sürücülər buna riayət etməlidirlər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->