Xəbər lenti

Bakıda yol tikintisi niyə dayandırılıb? (VİDEO)
Video 22:30 08.07.2026

Bakıda yol tikintisi niyə dayandırılıb? (VİDEO)

"Ulduz"metrostansiyasının qarşısındakı yolda xeyli vaxtdır tikinti işləri görülmür.

Uzun müddətdir tikinti aparılan yolda işlər yenidən dayandırılıb.

Bir neçə ay əvvəl işlərə başlanılacağı deyilsə də, lakin nə hər hansı bir iş aparılır, nə də ərazidə texnika var.

Hava şəraiti isə sözügedən ünvanda olan problemi daha da artırır- ətrafı toz bürüyüb. Hətta avtomobillərin texniki vəziyyətinə də təsir göstərir.

Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən yol sahəsi Koroğlu-Həsən Əliyev layihəsinin Müzəffər Nərimanov-Həsən Əliyev hissəsidir. Layihə 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq icra edilir. Tikinti işləri təsdiq edilmiş iş qrafikinə uyğun mərhələli şəkildə, müxtəlif sahələr üzrə davam etdirilir. Hazırda qeyd olunan hissədə aparılan tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılıb. Əraziyə yalnız burada yaşayan və fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin nəqliyyat vasitələrinin girişinə icazə verilir. Hazırda sözügedən sahədə tikinti prosesində texnoloji fasilə yaranıb. Bu, layihənin dayandırılması demək deyil. İş qrafikinə uyğun olaraq yaxın günlərdə həmin hissədə yenidənqurma işləri davam etdiriləcək.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->