Siyasət 11:11 19.05.2022

Bakıdan müsbət reaksiya yoxdur: Mirzoyan sülh müqaviləsindən danışdı

Ermənistan Azərbaycanın beş bəndlik təkliflərini məqbul hesab edir, lakin onlar bütün sülh gündəmini və mövcud problemlərin bütün spektrini əks etdirmir.

Qaynarinfo Sputnik Ermənitan-a istinadla xəbər verir kmi, bu haqda jurnalistlərə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Bu kontekstdə Qarabağda əhalinin hüquqları və təhlükəsizliyi, eləcə də Dağlıq Qarabağın statusu məsələlərini müzakirə etmək bizim üçün vacibdir. Biz hesab edirik ki, sülh müqaviləsi ilə bağlı bu danışıqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində davam etdirmək vacibdir”, - Mirzoyan bildirib.

O vurğulayıb ki, Bakı hələ də erməni tərəfinin səsləndirdiyi məsələlərə müsbət reaksiya verməyib, lakin Ermənistan danışıqların baş tutması üçün səy göstərir.
"Mən yalnız regionda sabitlik və sülhün bərqərar olmasına hazır olduğumuzu və öhdəliyimizi vurğulaya bilərəm. Amma bunun üçün hər iki tərəfin hazır olması lazımdır", - o deyib.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın iclasının niyə baş tutmaması ilə bağlı sualı cavablandıran Mirzoyan bunu texniki detalların razılaşdırılmasının zəruriliyi ilə izah edib.
 
Alpər