Azərbaycan kubokunun 1/4 final mərhələsində dünən “İnter” və “Bakı” komandaları arasında keçirilən qarşılaşma Qərb medaisının da diqqətini cəlb edib. Səbəb isə “Bakı”lı Şəhriyar Əliyevin vurduğu qeyri-adi qoldur.
Hətta Böyük Britaniyanın populyar “Guardian” nəşri də öz saytında bu qolun videosunu yerləşdirib.
Şəhriyar Əliyevin dabanla başı üzərindən “İnter”in qapısına atdığı topdan “qeyri-adi qol” kimi Qərbin başqa medai orqanları da bəhs edib.
Qeyd edək ki, Şəhriyar Əliyevin 68-ci dəqiqədə vurduğu bu qeri-adi qol “Bakı”nı məğlubiyyətdən qurtarıb və qarşılaşma 2:2 hesabı ilə başa çatıb./azadliq.info/
Şərhlər