Foto 10:34 10.12.2018

Bakının məşhur bazarı tamamilə söküldü (FOTOLAR)

Bakının köhnə ticarət məkanlarından olan Yasamal bazarı sökülüb.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Abbas Mirzə Şərifzadə küçəsi ilə Dairəvi yol arasında yeni salınan avtomobil yolunun üstündə yerləşdiyi üçün bazarın sökülməsinə qərar verilib. Ağır texnika bir-neçə saat ərzində bazarı və ətrafındakı tikililəri söküb.

Qeyd edək ki, Yeni Yasamal və Şamaxinkanın nəqliyyat yükünü azaldacaq yeni yol 2019-cu ildə istismara veriləcək.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!