Xəbər lenti

Bakını dəhşətli qoxu bürüdü: Ekologiya Nazirliyindən ilk açıqlama
Ölkə 23:04 06.07.2020

Bakını dəhşətli qoxu bürüdü: Ekologiya Nazirliyindən ilk açıqlama

Bakıda havada yayılan qoxu ilə bağlı məsələ araşdırılır.

Bunu Qaynarinfo-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bu məsələ Nazirliyin diqqətindədir:


"Məsələ ilə bağlı bir azdan ictimaiyyətə məlumat veriləcək".


Qeyd edək ki, axşam saatlarında Bakıda açıq havada dəhşətli qoxu yayılıb. Bu qoxu Bakı sakinlərini təşvişə salıb. Bu haqda sosial şəbəkələrdə də geniş müzakirələr gedir. Qoxu daha çox 3, 7, 8, 9-cu mikrorayonda, Dərnəgül ətrafında, Gənclik və nərimanov rayonlarında hiss olunur.


Xatırladaq ki, Ekologiya Nazirliyi bu gün verdiyi açıqlamada yanğının Bakının havasına ciddi şəkildə ziyan verdiyini bildirmişdi.

 
Bahar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->