Ekonomiks 12:12 05.08.2014

Bakıya yeni müasir avtobuslar gətiriləcək - VİDEO

İctimai nəqliyyat vasitələri kondisionerlə və GPS sistemi ilə təchiz olunacaq.

Müasir texnologiyalarla təchiz olunmuş avtobusların bir hissəsi ilin sonunadək paytaxtımıza gətiriləcək.

Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, bu barədə məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun dediyinə görə, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yüzlərlə ən müasir avtobusun alınması üçün Türkiyə, Fransa kimi ölkələrlə danışıqlar aparılır.

Yeni avtobuslar kondisionerlə, eyni zamanda, müasir texnoloji avadanlıqlarla, GPS sistemi ilə təchiz olunacaq.

Hazırda paytaxtda 1000 ədəd London taksisinin fəaliyyət göstərdiyini xatırladan N.Həsənov bildirib ki, daha 500 taksinin alınmasına dair müqavilə imzalanıb, maliyyə vəsaiti ödənilib. Yeni taksilər paytaxta oktyabr-noyabr aylarından etibarən çatdırılacaq.