Xəbər lenti

Bağlanmış banklarda əmanətlərin qalan şəxslərin nəzərinə
Ekonomiks 15:35 11.08.2020

Bağlanmış banklarda əmanətlərin qalan şəxslərin nəzərinə

Ləğv prosesində olan "Atabank” ASC, "NBCBank” ASC və "AGBank” ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan "Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən verilmiş müraciət əsasında Nazirlər Kabinetinin sorğusuna əsasən Konstitusiya Məhkəməsində "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilib.

Qaynarinfo bu barədə ADİF-ə istinadən xəbər verir.

Məlumata görə, Konstitusiya Məhkəməsinin qərarına əsasən ləğv prosesində olan "Atabank” ASC, "NBCBank” ASC və "AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanət hesab edilmiş, həmçinin ləğv prosesində olan "Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.

Məlumat üçün bildiririk ki, sözügedən əmanətlərin qaytarılmasına 14 avqust 2020-ci il tarixdən başlanılacaqdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->