Hazırda Balaxanı Sənaye Parkında 5 rezident fəaliyyət göstərir. Onlar Parka 23,4 mln. manat investisiya qoyub.
"Report" xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.
Onun sözlərinə görə, rezidentlər işlənmiş yağların, kağız, plastik tullantıların, süngər və mebel məhsullarının emalı ilə məşğuldurlar. Həmin şirkətlər mebel, plastik qutular hazırlayaraq ixrac edir.
E.Abbasov həmçinin əlavə edib ki, Parkda daha 5 rezidentin fəaliyyətə başlaması gözlənilir: "Həmin rezidentlər işlənmiş qida yağlarının və qida tullantıların emalı, yem istehsalı, plastik və kağız, kömür skoç istehsalı ilə məşğul olacaqlar.
Şərhlər