Bu ilin avqust ayında Azərbaycanda əmanətçilər banka qoyduqları pulun 28 milyon 700 min manatını geri götürüblər.
Qaynarinfo xəbər verir ki, Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən, bu ilin iyul ayından başlayaraq, bank sektorunda əmanətlərin həcmi azalır.
Avqustun əvvəlində banklarda 8 milyard 49.5 milyon manat həcmində əmanət var idisə, ayın sonunda əhalinin banklardakı əmanətləri 8 milyard 20.8 milyon manat təşkil edib.
İyul ayında isə əhalinin əmanətləri 59,8 milyon manat azalıb. Təkcə iyul və avqustda əhali 88,5 milyon manatını banklardan geri götürüb.
Qeyd edək ki, bu il banklarda əmanətlərin ən yüksək həddi iyulun əvvəlində qeydə alınmışdı və bu məbləğ 8 milyard 109.3 milyon manat təşkil edirdi. Bu ilin səkkiz ayında Azərbaycan banklarında əmanətlərin həcminin dəyişməsi aşağıdakı şəkildə baş verib.
Tarix |
mln. AZN |
01.09.2018 |
8020.8 |
01.08.2018 |
8049.5 |
01.07.2018 |
8109.3 |
01.06.2018 |
7867.5 |
01.05.2018 |
7881.4 |
01.04.2018 |
7657.2 |
01.03.2018 |
7750.3 |
01.02.2018 |
7497.0 |
01.01.2018 |
7561.2
|
Şərhlər