Siyasət 14:59 30.11.2020

Asatryan: “Ermənistan 2018-ci ildən Azərbaycanla sülh bağlamalı idi”

2018-ci ildə Ermənistanda baş verən məxməri inqilab Qarabağ probleminin diplomatik yollarla son həlli ilə Cənubi Qafqazda sülhün bərqərar olmasına səbəb ola bilərdi. Nikol Paşinyan və onun komandasının yeni hökuməti bunu edə bilərdi, amma əksinə, onlar vəziyyəti yeni bir müharibəyə gətirib çıxardılar.


Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan "Vestnik Kavkaza”ya bildirib ki, Paşinyanın 2018-ci ildə Bakı ilə sülh bağlamaq üçün hər fürsəti var idi:

"Mən Nikol Paşinyanı çox ciddi qınayıram; o, hakimiyyətə gəldikdən dərhal sonra barışığa getməli idi. O zaman bu müharibə olmazdı”.

Asatryanın sözlərinə görə, prezident Levon Ter-Petrosyanın rəhbərliyi altında 90-cı illərdə respublikanı quran nəsildən olan bir çox Ermənistan vətəndaşının mövqeyi belə olub.

"Bu prinsipial bir mövqedir. Mən ilk müharibədən sonrakı atəşkəs razılaşmasının ardınca Azərbaycanla sülhə can atan nəsildənəm. Onda tələblərimiz tanınmış siyasi qüvvələr tərəfindən rədd edildi”, - deyə o Robert Koçaryanın rəhbərlik etdiyi Qarabağ klanının 27 oktyabr 1999-cu ildə sülhə meyilli siyasətçilər - baş nazir Vazgen Sarkisyan və parlament sədri Karen Dəmirçyanı fiziki olaraq məhv etdiyini xatırladıb.