Video 09:12 02.05.2019

"Barselona" "Liverpul"u darmadağın etdi (VİDEO)

Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, erkən final adlandırılan cütün ilk oyununda "Barselona" İspaniyada "Liverpul"u qəbul edib. 

Cari mövsüm Çempionlar Liqasında heç bir görüşdə məğlub olmayan "Barselona" "Liverpul"u 3 cavabsız qolla yenib. Lionel Messinin dubl etdiyi oyunda digər qola Luis Suares imza atıb.

Qeyd edək ki, mərhələnin ilk oyununda "Ayaks" səfərdə "Tottenhem"ə qalib gəlib - 1:0.